Onlayn ictimai-siyasi qəzet
ABŞ hökumətinin noyabrın 21-dək müvəqqəti maliyyələşdirilməsini nəzərdə tutan qanun layihəsi Senatda rədd edilib. Musavat.com xəbər verir ki, Forbes iclası canlı yayımlayıb.
44 senator qanun layihəsinin lehinə, 48 senator isə əleyhinə səs verib. Qanun layihəsinin qəbulu üçün 60 səs çoxluğu tələb olunur. İki respublikaçı senator onun əleyhinə, bir demokrat lehinə səs verib. Nümayəndələr Palatası daha əvvəl qanun layihəsini 217 əleyhinə 212 əleyhinə səslə təsdiqləmişdi.
Senat gələn həftə tətildə olacaq. Bu isə layihənin oktyabrın 1-dək qəbulunu çətinləşdirir. Nümayəndələr Palatası və Senat qanun layihəsini qəbul edə bilməsə, hökumət oktyabrın 1-də, yeni maliyyə ili başlayanda bağlanacaq. Bu zaman təqdirdə sərhəd, poçt və sosial xidmətlər fəaliyyətini davam etdirəcək, lakin dövlət qulluqçuları, o cümlədən hərbi qulluqçular maaşsız qalacaqlar.
Musavat.com
20 Sentyabr 2025
19 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ