İnsanlara hürriyət, millətlərə istiqlal!

Krillə niyə Qazaxıstanın ən yüksək ordeni verildi?

I Aram Rusiya Patriarxına Bakı əleyhinə nələr deyib?

Qazaxıstanda keçirilən beynəlxalq dinlərarası sammit çərçivəsində Böyük Kilikiya Evinin katolikosu I Aram Moskva və Bütün Rusiyanın Patriarxı Kirill ilə görüşüb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Qazaxıstanın dəvəti ilə təşkil olunan sammitin açılışında Patriarx Kirill və Katolikos I Aram çıxış ediblər. Ruhani liderlər daha sonra erməni və rus kilsələri arasında tarixi əlaqələrin inkişaf etdirilməsi imkanlarını müzakirə etmək üçün ayrıca görüş keçiriblər.

I Aram yenə də Azərbaycanda müxtəlif cinayətlərdə ittiham olunaraq hazırda da mühakimə olunan erməniəsilli şəxslərlə bağlı danışıb. O, Azərbaycan dövləti və insanlıq əleyhinə cinayətlərdə suçlananları “hərbi əsirlərlər” kimi təqdim edib. O, “Rusiya prezidenti Vladimir Putin və Patriarx Kirill Azərbaycan hakimiyyəti ilə vasitəçilik etmək üçün lazımi addımlar atmağa” çağırıb. Krillin I Arama nə cavab verdiyi haqda bilgi yoxdur.

Yada salaq ki, I Aram Vaşinqtonda imzalanmış Azərbaycan–Ermənistan razılaşmasına münasibət bildirərək bu sənədin “Ermənistan üçün təhlükə yarada biləcəyini” iddia edib. O, bir neçə ay əvvəl Trampdan da Azərbaycana qarşı hərbi cinayətlərdə ittiham olunan və Bakıda məhkəməsi davam edən ermənilərin azad olunmasında köməklik göstərməsini xahiş etmişdi.

Qeyd edək ki, Donald Tramp təşviqat kampaniyası zamanı I Arama zəng edərək, Azərbaycanla Ermənistan arasında sülhün bərpası üçün addımlar atacağını demişdi.

Azərbaycana qarşı hərbi cinayətlər törətməkdə təqsirləndirilən keçmiş qondarma rejimin nümayəndələri sırasında Araik Arutyunyan, Ruben Vardanyan, Bako Saakyan, Arkadi Qukasyan, David Manukyan, Levon Mnatsakanyan və digərləri var.

Qazaxıstandakı tədbirə gəlincə, dini liderlərin sammitində 60 ölkədən 100-dən çox ruhani lider iştirak edir. Kirilldən başqa, tədbirə pravoslavları Yerusəlim Patriarxı III Teofilos, Vatikanı kardinal George Koovakad, o cümlədən QMİ sədri Şeyx Allahşükür Paşazadə, İsrailin baş ravvinləri qatılıblar.

Screenshot_1.png (735 KB)

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Dünya və Ənənəvi Dinlərin Liderlərinin VIII Astana Qurultayı çərçivəsində Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə ilə görüşüb.

Prezident Tokayev Qazaxıstan və Azərbaycanın dinlərarası dialoqun təşviqi, xalqlar və dövlətlər arasında etimadın möhkəmləndirilməsi sahəsində oxşar mövqelərə malik olduğunu vurğulayıb. Qazaxıstanın dövlət başçısı dinlərarası anlaşma və qarşılıqlı fəaliyyətin təşviqinə dair ümumi istəyin iki ölkə arasında uzunmüddətli tərəfdaşlıq üçün möhkəm təməl olacağına əminliyini bildirib.

Rus Pravoslav Kilsəsinin rəhbəri Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev tərəfindən qəbul edilib. O, Qazaxıstanın ən yüksək mükafatı olan “Qızıl Qartal” ordeni ilə təltif edilib. Rus Pravoslav Kilsəsi milyonlarla elektoratı birləşdirən Qazaxıstanda ikinci ən böyük konfessiyadır. İddialara görə, son illərin hadisələri qazaxıstanlılar arasında Rus Pravoslav Kilsəsinə inamı azaldıb. Buna görə də, Moskva Patriarxlığının Qazaxıstanda və Mərkəzi Asiya dövlətlərində mövqelərinin zəifləyə biləcəyi haqda real narahatlıqları var.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2025

19 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR