Onlayn ictimai-siyasi qəzet
ABŞ Prezidenti Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı ticarət və hərbi sahədə böyük razılaşmaları müzakirə etmək üçün dəvət edib.
Musavat.com xəbər verir ki, Tramp açıqlamasında Ərdoğanın 25 sentyabrda onunla görüşəcəyini bildirib.
Tramp qeyd edib:
“Biz bir çox ticarət və hərbi razılaşmalar üzərində işləyirik. Buraya Boeing təyyarələrinin iri miqyaslı alınması, F-16 ilə bağlı böyük saziş və F-35 üzrə danışıqların davamı daxildir. Bu danışıqların müsbət nəticələnəcəyini gözləyirik”.
Görüşdə həmçinin iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi və müdafiə sahəsində tərəfdaşlığın gücləndirilməsi müzakirə olunacaq.
Musavat.com
20 Sentyabr 2025
19 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ