İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp: Si Cinpinlə məhsuldar telefon danışığı apardım

ABŞ Prezidenti Donald Tramp Çin Prezidenti Si Cinpinlə məhsuldar telefon danışığı apardığını bildirib.

Musavat.com xəbər verir ki, Tramp açıqlamasında Ticarət, fentanil problemi, Rusiya və Ukrayna arasındakı müharibənin sona çatdırılması zərurəti, həmçinin TikTok sazişinin təsdiqi kimi mühüm məsələlərdə irəliləyiş əldə olunduğunu vurğulayıb.

Tramp qeyd edib ki, tərəflər Cənubi Koreyada keçiriləcək APEC Sammitində görüşmək barədə razılığa gəliblər. Bundan əlavə, o, gələn ilin əvvəlində Çinə səfər edəcəyini, Si Cinpinin isə uyğun vaxtda ABŞ-a gələcəyini bildirib.

Tramp əlavə edib:

“Danışıq çox yaxşı keçdi, biz yenidən telefonla danışacağıq. TikTok-un təsdiqini yüksək qiymətləndirirəm və hər ikimiz APEC-də görüşməyi səbirsizliklə gözləyirik”. 

 

Musavat.com

a6e68344-7330-4b44-a139-19c90da8c171.jpeg (137 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR