İnsanlara hürriyət, millətlərə istiqlal!

Tanınmış şirkətin top-meneceri meşədə ölü tapıldı - ŞOK VİDEO

Moskva yaxınlığındakı Kokoşkino qəsəbəsi ərazisində “NPK Ximprominjiniring” ASC-nin (UMATEX Group brendi, “Rosatom”un tərkibinə daxildir) baş direktoru Aleksandr Tyunin meyiti aşkarlanıb.

Musavat.com xəbər verir ki, məlumatı Baza, Mash və digər rusiyapərəst teleqram kanalları yayıb. Onun yanında ov tüfəngi və intihar qeydi tapılıb. İlkin ehtimallara görə, top-menecer özünü güllələyib.

Qeyd edək ki, Tyuninin rəhbərlik etdiyi şirkət Rusiyada karbon lifinin yeganə istehsalçısıdır. Müəssisə müdafiə sənayesi üçün — aviasiya, kosmos və raketqayırmada istifadə olunan strateji materialların hazırlanması ilə məşğuldur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR