İnsanlara hürriyət, millətlərə istiqlal!

Kreml üçün kabus başlayır - Ukraynanın yeni uzaqmənzilli zərbələri gəlir

"Ruslar ciddi itkilər verir, eyni zamanda ölkəmiz üçün əsir mübadiləsi fondu da əhəmiyyətli dərəcədə genişlənir. Hər gün yeni rus əsirləri artır".


Musavat.com bildirir ki, bu sözləri Ukrayna prezidenti Volodimir Zelenski deyib.

O, qeyd edib ki, Donetsk istiqamətində əks-hücum əməliyyatlarımız davam edir:

"Xüsusilə Pokrovsk və Dobropilya rayonları – rus ordusu üçün əsas strateji istiqamətlərdən biri idi. Lakin onlar burada genişmiqyaslı hücumlarını reallaşdıra bilmədilər. Bizim hərbçilər düşmənin qüvvələrini məhv edir.

Kupyansk istiqamətində və şəhər ətrafındakı bölgələrdə də mövqelərimizi qoruyuruq. Bütün briqadalara təşəkkür edirəm. Rusiyanın təxribatlarına cavab olaraq yeni uzaqmənzilli zərbələrimiz də olacaq".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR