Onlayn ictimai-siyasi qəzet
Qurumdan Musavat.com-a daxil olan məlunatda bildirilir ki, araşdırma nəticəsində məktəbin direktoru Təranə Məmmədova tutduğu vəzifədən azad olunub və onunla bağlanmış əmək müqaviləsinə xitam verilib:"Qeyd edək ki, təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir.
Məktəblərdə sağlam işgüzar mühitin təmin olunması, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin artırılması əsas prioritetlərdəndir. Məktəbin və müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır".
Qeyd edək ki, sosial şəbəkələrdə Yasamal rayonunda yerləşən 308 nömrəli məktəbin direktoru Təranə Məmmədovaya məxsus olduğu səs yazısında o, “mən də burada qulam, pul almışam, yaxşı eləmişəm” kimi sözlərdən istifadə edir.
Musavat.com
19 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ