İnsanlara hürriyət, millətlərə istiqlal!

Papuaşvili onları “daxili terrorçular” adlandırdı

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili müxalifət nümayəndələrini və onların tərəfdarlarını, hər axşam kiçik qruplar halında Tiflisin Rustaveli prospektində toplaşaraq hökumət əleyhinə aksiya keçirənləri “daxili terrorçular” adlandırıb.

Musavat.com xəbər verir ki, Gürcüstan parlamentinin rəhbəri ABŞ-da siyasi fəal Çarli Kirkin qətli ilə bağlı yaranmış vəziyyəti misal gətirib.

O bildirib ki, Ağ Ev və ABŞ prezidenti Donald Tramp bu hadisəni və Kirkin qatilinə dəstək verənləri dəfələrlə “daxili terrorizm” adlandırıb.

“Prezident Trampın daxili terrorizm adlandırdığı hadisə bizdə də baş verir. Gecələr emosional gərginlik yaşayan, küçələrdə dolaşan insanlardan ibarət eyni terrorçu qrup var. Səhərlər Tanrının köməyi ilə sakitləşirlər və şəhər normal həyatına qayıdır. Amma gecə onlardan çəkinmək lazımdır, çünki onlarda “tutma” baş verir. Bu, hakimiyyətin zorakı yolla dəyişdirilməsini özünə məqsəd qoymuş terrorçu qrupdur”, - deyə Papuaşvili jurnalistlərə açıqlama verib.

Spikerin sözlərinə görə, gürcü etirazçılar Kirkin qatillərinin ideologiyasını daşıyırlar.

“Bu, bu gün Amerika Birləşmiş Ştatlarında da problemlər yaradan eyni terrorçu ideologiyadır”, - deyə o əlavə edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR