İnsanlara hürriyət, millətlərə istiqlal!

Nəsrin Cavadzadə Bakıda “Formula 1” həyəcanı yaşadı

Türkiyədə sənət fəaliyyətini davam etdirən azərbaycanlı aktrisa Nəsrin Cavadzadə “Formula 1” üzrə Azərbaycan Qran-Prisini izləmək üçün Bakıya gəlib.

Musavat.com xəbər verir ki, dünyanın diqqət mərkəzində olan idman tədbirində iştirak edən sənətçi tribunadan izlədiyi anları şəxsi sosial şəbəkə hesabında paylaşaraq izləyiciləri ilə bölüşüb.

Nəsrin Cavadzadənin paylaşımları azarkeşlər və izləyiciləri tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, Cavadzadə sənət karyerasında bir çox uğurlu layihələrə imza atıb. Onun son işlərindən biri Türkiyədə yayımlanan və böyük tamaşaçı auditoriyası qazanan “Sandık kokusu” serialıdır.

Nəsrin Cavadzadə məşhur uroloq, alim Mirməmməd Cavadzadənin nəvəsidir.

Könül
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR