İnsanlara hürriyət, millətlərə istiqlal!

“Yadıma altı deşik ayaqqabılarım düşür” - Murad Arif

Müğənni Murad Arif həyat hekayəsindən kövrək bir epizodu instaqram səhifəsində izləyiciləri ilə bölüşüb.

Musavat.com xəbər verir ki, sənətçi çətin uşaqlıq illəri keçirdiyini vurğulayıb.

“Birisi “90lar başqa idi” deyəndə yadıma altı deşik ayaqqabılarım düşür…

Xatırlayıram ki, ayaqqabılarımın altı hər zaman yırtılırdı. Yenisini almağa imkan olmurdu… O ayaqqabılar zatən xalam uşaqlarının köhnəsiydi, bəlkə də ona görə ömrü qısa idi.

Evdə atamla “lifehack” fikirləşmişdik. Ayaqqabının içinə kardon, ya da linoleum kəsib sərərdim..

Mamamın toxuduğu yun corabların üstündən sellofan torba da geyinirdim. Yenə də su keçirir, ayaqlarım donurdu. Həm də necə narahat idi, İlahi)

İllərlə məktəbə beləcə ayaq döymüşəm. O vaxtdan soyuğu, qışı heç sevmirəm. Hava dəyişən kimi ayaqlarım hələ də üşüyür…”, - deyə sənətçi qeyd edib.

Könül
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR