Onlayn ictimai-siyasi qəzet
Aİ-nin xarici əlaqələr təhlükəsizlik siyasəti üzrə sözçüsü Anouar El Anouni Azərbaycan Hava Yollarına məxsus təyyarənin qəzaya uğraması ilə bağlı başsağlığı verib.
APA xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
“AZAL-a məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramasından kədərləndik. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayırıq”, - deyə o qeyd edib.
20 May 2025
19 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ