İnsanlara hürriyət, millətlərə istiqlal!

Alen Simonyandan katolikos AÇIQLAMASI 

Ermənistan parlamentinin spikeri Alen Simonyan bütün ermənilərin katolikosu II Qareginin yaxın zamanda vəzifəsindən gedəcəyinə əmin olduğunu bildirib.

Musavat.com erməni mediasına istinadla xəbər verir ki, o, bu fikrini parlamentdə jurnalistlərlə keçirdiyi brifinqdə səsləndirib.

Simonyan konkret olaraq katolikosun öz istəyi iləmi, yoxsa ona təsir göstərən ətrafdakı yepiskoplar, vicdan və ya Tanrı səbəbindənmi gedəcəyini açıqlamayıb.

Onun sözlərinə görə, “artıq utanmaq vaxtıdır – katolikos özünü XIV Lüdovik kimi aparır: dövlət mənəm, kilsə də mənəm”.

Parlament rəhbəri bildirib ki, hakim “Vətəndaş sazişi” partiyasının katolikos postu üçün namizədi yoxdur və bu məsələ partiya daxilində heç vaxt müzakirə olunmayıb.

“Yeni katolikosu kilsənin özü, yəni ruhanilər öz aralarından seçməlidir”, - deyə Alen Simonyan vurğulayıb.

Qeyd edək ki, Simonyan daha əvvəl verdiyi açıqlamalarda da Ermənistan Apostol Kilsəsinin yeni katolikos seçəcəyinə inamını ifadə etmişdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyul 2025

04 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR