İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniyada Rusiya ilə mümkün müharibəyə hazırlıq - Nazirdən SENSASİON AÇIQLAMA

Almaniyada Rusiya ilə mümkün münaqişə ssenarilərinə qarşı hazırlıq məsələsi artıq açıq şəkildə müzakirə olunmağa başlanıb.

Musavat.com xəbər verir ki, ölkənin daxili işlər naziri Aleksandr Dobrindt ictimaiyyətə sığınacaqlar tikməyi, ərzaq, su, əl fənəri və radio stansiyalarla təchiz olunmağı tövsiyə edib. Nazir bu çağırışı Rusiya tərəfindən gələn real təhdidlərə əsasən etdiyini bildirib.

"Rusiya təhdidi artıq nəzəriyyə deyil, real təhlükədir. Almaniya vətəndaşları hər cür fövqəladə vəziyyətə qarşı hazırlıqlı olmalıdır", – deyə Dobrindt vurğulayıb.

Nazir həmçinin şəxsi nümunəsini də bölüşüb: “Mənim evimdə əl fənəri, portativ batareya və radiostansiya var”, – deyə bildirib və vətəndaşları ehtiyat tədbirləri görməyə çağırıb.

Hazırda Almaniyada mülki müdafiə və fövqəladə hallar planlarının yenilənməsi müzakirə olunur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR