Onlayn ictimai-siyasi qəzet
Almaniyanın "Isar Aerospace" startapı tərəfindən hazırlanan ilk "Spectrum" raketi buraxıldıqdan az sonra qəzaya uğrayıb.
Musavat.com xəbər verir ki, şirkətin açıqlamasına görə, sınaq uçuşunun əsas məqsədi məlumat toplamaq və təcrübə qazanmaq idi. Ekspertlər əvvəlcədən raketin orbitə çıxmasının çətin olduğunu bildirmişdilər.
"Isar Aerospace" "SpaceX"-in yanaşmasını nümunə götürərək, uğursuzluqları təcrübə qazanmaq üçün vacib mərhələ hesab etdiyini vurğulayıb.
Almaniya kosmik sektorunda öz mövqeyini gücləndirməyə çalışsa da, bu uğursuz sınaq ciddi problemləri ortaya çıxarıb.
Musavat.com
15 May 2025
14 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ