Onlayn ictimai-siyasi qəzet
"Real Madrid"in yarımmüdafiəçisi Luka Modriç İspaniya çempionatının 38-ci turunda "Real Sosyedad"la oyunda (2:0) iştirak etməklə kral klubunun heyətində "Santyaqo Bernabeu"dakı son oyununu keçirib.
Komandanın futbolçuları xorvatiyalı yarımmüdafiəçini mühasirəyə alıb, bir neçə dəfə atıb-tutublar.
Daha sonra Modriç demək olar ki, hamı ilə bir-bir qucaqlaşıb.
Qeyd edək ki, 39 yaşlı Modriç komandanın tərkibində qarşıdan gələn klublararası dünya çempionatında iştirak edəcək.
Modriçlə yanaşı, "Real Madrid" baş məşqçisi Karlo Ançelotti ilə də vidalaşıb. Son nitqində italiyalı mütəxəssis göz yaşlarına hakim ola bilməyib.//Oxu.az
11 Iyul 2025
10 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ