İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa İttifaqı Rusiyaya qarşı HƏRƏKƏTƏ KEÇİR -Bu gün...

Bu gün Avropa İttifaqı Rusiyaya qarşı 18-ci sanksiyalar paketini işə salacaq.

Musavat.com xəbər verir ki, məlumatı Almaniya kansleri Fridrix Merz NATO-nun Haaqa sammitindən sonra keçirilən mətbuat konfransında açıqlayıb:

"Biz Moskvaya iqtisadi təzyiq səviyyəsini artırmalıyıq. Avropa İttifaqı bunu edir və sabah(Bu gün – red.), nəhayət, 18-ci sanksiyalar paketi işə düşəcək. Amma təkcə bu paket kifayət etməyəcək, ABŞ-ın sanksiyalarda daha fəal iştirakına ehtiyacımız var".

Almaniya hökumətinin başçısı ümid etdiyini bildirib ki, ABŞ Senatı yaxın günlərdə Rusiyaya qarşı yeni sanksiyalar haqqında qanun qəbul edəcək. Merzin sözlərinə görə, o, artıq bu məsələni ABŞ prezidenti Donald Trampla müzakirə edib və ondan Rusiyaya qarşı yeni məhdudiyyətləri şəxsən təsdiq etməyi xahiş edib.

Bundan əvvəl Aİ Rusiyaya qarşı 18-ci sanksiyalar paketinin hazırlandığını elan edib. Səslənən bütün təkliflər daxil edilərsə, bu paket indiyədək qəbul edilmiş ən kəskin sanksiyaları nəzərdə tutmuş olacaq. Xüsusilə, bu paketə digər məsələlərlə yanaşı, Rusiya neftinin qiyməti tavanının 60 dollardan 45 dollara endirilməsi, daha 22 Rusiya bankının SWIFT-dən ayrılması, “Şimal axını”na tam qadağa, “kölgə donanması” tankerlərinin sanksiya siyahısının genişləndirilməsi və Aİ ölkələrinə Rusiya neft məhsullarının idxalına qadağalar daxildir.

ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Konqres bu həftə büdcə layihəsi üzərində işi bitirdikdən sonra Rusiyaya qarşı sanksiya qanununun müzakirəsinə başlayacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR