İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa İttifaqından İsrailə qarşı sanksiya siqnalı – Kaya Kallas Brüsseldə məsələ qaldırır

Avropa İttifaqının xarici siyasət rəhbəri Kaya Kallas İsrailə qarşı mümkün sanksiyalarla bağlı təşəbbüslə çıxış etməyə hazırlaşır.

Musavat.com xəbər verir ki, Avropa mediasının məlumatına görə, Kallasın hazırladığı hesabatda İsrailin insan hüquqları üzrə öhdəlikləri pozduğuna dair faktlar yer alıb.

Bu öhdəliklər Avropa İttifaqı ilə İsrail arasında 2000-ci ildə imzalanmış Tərəfdaşlıq Sazişində təsbit olunub.

Kallas bu gün Brüsseldə keçiriləcək Aİ xarici işlər nazirlərinin iclasında sözügedən sənədin dondurulması, İsrailə qarşı iqtisadi sanksiyaların tətbiqi və ya gömrük güzəştlərinin ləğvi kimi təklifləri gündəmə gətirəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR