Onlayn ictimai-siyasi qəzet
Venesuela prezidenti Nikolas Maduro ölkəsinin 5 min ədəd “İqla-S” zenit-raket kompleksi ilə silahlandığını açıqlayıb.
“Dünyadakı bütün hərbçilər ‘İqla-S’-in gücünü yaxşı bilir. Venesuelanın hava hücumundan müdafiə mövqelərində 5 minə yaxın ‘İqla’ kompleksi yerləşdirilib. Bu silahlar xalqımızın sülhünü, sabitliyini və təhlükəsizliyini təmin edir. Kim başa düşdü, o başa düşdü,” – deyə Maduro VTV telekanalında yayımlanan çıxışında bildirib.
Musavat.com-un məlumatına görə prezident əlavə edib ki, ölkə müdafiəsini gücləndirməklə xarici müdaxilələrin qarşısını almaq niyyətindədir:
“Venesuela heç kimə hücum etmir, amma heç kim də bizə toxuna bilməz. Ölkəmiz keçilməz qalmalıdır".
Müşahidəçilər qeyd edirlər ki, bu bəyanat Maduronun ordunun döyüş hazırlığını nümayiş etdirmək və mümkün xarici təzyiqlərə cavab vermək məqsədilə səsləndirilib.
Musavat.com
24 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ