İnsanlara hürriyət, millətlərə istiqlal!

2026-cı ildən media əməkdaşları da gəlir vergisi ÖDƏYƏCƏK

2026-ci il yanvarın 1-dən etibarən özəl sektorda çalışan şəxslər gəlir vergisinə cəlb olunacaq. Belə ki, bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Bəs media sahəsində çalışanlara da bu qərar şamil olunacaq?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən Milli Məclisin deputatı Vüqar Bayramov bildirdi ki, gəlir vergisi vətəndaşların əməkhaqlarından tutulan vergidir:

"2026-cı il yanvarın 1-dən etibarən güzəşt müddətinin başa çatdığını nəzərə alsaq, yeni dərəcələr özəl sektorda çalışan və əmək müqaviləsi olan bütün vətəndaşlara şamil ediləcək. Bu isə o deməkdir ki, özəl sektorda çalışan bütün vətəndaşlar yeni dərəcələr üzrə vergiyə cəlb olunacaqlar. Təbii ki, buna media qurumlarında, o cümlədən özəl media strukturlarında və digər təşkilatlarda çalışan şəxslər də daxildir. Beləliklə, gəlir vergisi ilə bağlı müəyyən edilən yeni dərəcələr özəl sektorda çalışan bütün vətəndaşlara şamil olunacaq".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR