İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Rusiya ilə müharibəyə HAZIRLAŞIR – 17 milyardlıq hərbi PLAN

Avropa İttifaqı (Aİ) Rusiya ilə mümkün hərbi qarşıdurma ssenarilərinə hazırlıq çərçivəsində infrastrukturun təkmilləşdirilməsinə milyardlarla avro xərcləməyi planlaşdırır.

Musavat.com xəbər verir ki, bu barədə Aİ-nin nəqliyyat və turizm üzrə komissarı Apostolos Tzitzikostas "Financial Times" qəzetinə bildirib.

Onun sözlərinə görə, hazırda Avropadakı avtomobil və dəmir yolları Rusiya ilə münaqişə vəziyyətində texnika və hərbi qüvvələrin sürətli şəkildə daşınması üçün yetərli deyil.

Komissar bildirib ki, çəkisi 70 tona qədər olan NATO tanklarının Aİ-nin şərq sərhədinə yerləşdirilməsi halında, bu texnikalar tunellərdə ilişib qala, körpüləri zədələyə və mövcud sərhəd protokollarına ciddi maneələr yarada bilər.

Bu səbəbdən Aİ "hərbi hərəkətliliyi artırmaq" məqsədilə infrastrukturun modernləşdirilməsinə minimum 17 milyard avro vəsait ayırmaq niyyətindədir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR