İnsanlara hürriyət, millətlərə istiqlal!

Avroviziyada builki jürilərimiz onlar imiş


Avroviziya beynəlxalq mahnı müsabiqəsinin saytında iştirakçı ölkələrin münsiflər heyətinin tərkibi açıqlanıb.

Musavat.com xəbər verir ki, münsiflər heyətində aktyor-ssenarist Azər Aydəmir, TuralTuranX-in solisti Tural Bağmanov, Əməkdar artist Ramil Qasımov, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının direktoru, bəstəkar Ülviyyə Bəbirli, Əməkdar incəsənət xadimi, rejissor Ülviyə Könül yer alıb.

Qeyd edək ki, bu il ölkəmizi yarışmada "Mamagama" qrupu “Run with you” mahnısı ilə təmsil edib. Onlar yarışmanın finalına vəsiqə qazana bilməyiblər.

Ümumilikdə 26 ölkə təmsilçisi qalibiyyət uğrunda mübarizə aparıb. Avstriya “Avroviziya-2025” mahnı müsabiqəsinin qalibi olub. Avstriya təmsilçisi - JJ (Yohannes Piç) "Wasted Love" mahnısı ilə qalib gəlib.
İkinci yeri İsrail, üçüncü yeri Estoniya təmsilçisi tutub.
Azərbaycan da 12 xalı İsrailə verib.

Könül
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 May 2025

BÜTÜN XƏBƏRLƏR