İnsanlara hürriyət, millətlərə istiqlal!

Avtomobili izdihamın üzərinə sürdü: QAN VƏ FƏLAKƏT! SAXLANILAN VAR - VİDEO

İngiltərənin Liverpul şəhərində yerli futbol klubunun Premyer Liqada titul qazanmasını qeyd edən azarkeşlərin sevinci faciəyə çevrilib.

Musavat.com xəbər verir ki, mnlərlə fanatın toplandığı şəhər mərkəzində naməlum səbəbdən avtomobil izdihamın içinə girib.

Britaniya mediasının, o cümlədən The Daily Telegraph qəzetinin və Sky News telekanalının verdiyi məlumata görə, hadisə nəticəsində azı 17 nəfər xəsarət alıb.

Polis hadisəni törədən şəxsin 53 yaşlı Böyük Britaniya vətəndaşı olduğunu və onun saxlanıldığını bildirib.

Ərazidə çoxsaylı təcili tibbi yardım və polis qüvvələri cəlb olunub. Hadisə yerindən yayımlanan görüntülər küçələrdə yaranmış xaosu, yerdə yatan insanları, polisin və təcili yardım maşınlarının fövqəladə vəziyyətlə məşğul olduğunu nümayiş etdirir.

Hazırda hüquq-mühafizə orqanları hadisənin motivlərini araşdırır. Rəsmilər ilkin ehtimalla hadisənin qəza və ya qəsdən törədilmiş hücum olub-olmadığını müəyyənləşdirməyə çalışırlar.

Musavat.com görüntüləri təqdim edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR