Onlayn ictimai-siyasi qəzet
Türkiyədə məşhur aktyor və aktrisaların meneceri, “ID Consultancy” şirkətinin sahibi Ayşe Barım ilə bağlı məhkəmə qərar verib.
Musavat.com-un xəbərinə görə, Barım xəstə olduğunu bildirərək azadlığa buraxılmasını tələb etsə də, məhkəmə onun həbsinin davamına qərar verib.
İkinci məhkəmə iclası isə oktyabrın 1-nə təyin edilib. Onun 22 il 6 aydan 30 ilədək həbsi istənilib.
***
Türkiyədə məşhur aktyor və aktrisaların meneceri, "ID Consultancy" şirkətinin sahibi Ayşe Barım bu gün hakim qarşısına çıxacaq.
Musavat.com xəbər verir ki, Barıma dəstək olmaq üçün Çağlayan Ədliyyəsinə menecerliyini etdiyi bir çox məşhur sima gəlib.
Onlar arasında Serenay Sarıkaya, Hande Erçel, Birce Akalay, Bergüzar Korel, Halit Ergenç, Zerrin Tekindor, Ezgi Mola, Bige Önal, Merve Dizdar, Birkan Sokullu, Miray Daner, Metin Akdülger, Hakan Kurtaş və digərləri yer alıb.
Qeyd edək ki, Türkiyə mediasında Ayşe Barımın aktrisalardan birinin homoseksual müğənni ilə sevgili kimi təqdim etməsi ilə bağlı məlumatlar yayılmışdı.
Həmin müğənninin agentliyə və aktrisaya pul ödədiyi iddia edilmişdi. Onun Mert Demir, aktrisanın Serenay olduğu deyilirdi.
Bundan sonra İstanbul Baş Prokurorluğu tərəfindən "ID Consulting Limited" şirkətinin təsisçisi və ortağı, Serenay Sarıkaya kimi bəzi sənətçilərin meneceri olan Ayşe Barım haqqında sosial media platformalarında yayılan paylaşımlarda və xəbərlərdə yer alan iddialara dair istintaq başladılmışdı.
İstintaqın "iş azadlığının pozulması" və "şantaj" kimi iddialarla bağlı olduğu bildirilmişdi.
Könül
Musavat.com
08 Iyul 2025
07 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ