Onlayn ictimai-siyasi qəzet
Rusiyanın dekabrın 25-də "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarəyə qarşı həyata keçirdiyi hücumla bağlı "Minval.az" növbəti sensasion materialı açıqlamağa hazırlaşır.
Musavat.com xəbər verir ki, sayt bu axşam, Bakı vaxtı ilə saat 21:00-da, hadisədə iştirak etmiş əsas fiqurlardan biri, kapitan Dmitri Paladiçukun şəxsi şərhlərini və etiraflarını yayımlayacağını bildirib.
"Minval.az" redaksiyasının əldə etdiyi məlumata görə, bu yazılar Paladiçukun özünün şəxsi qeydləri əsasında hazırlanıb və xidmət yoldaşlarına göndərilməsi üçün nəzərdə tutulub. Yazılarda AZAL təyyarəsinin necə və niyə vurulduğu, əmrin haradan gəldiyi və hadisə sonrası baş verənlər birbaşa iştirakçının dilindən təqdim olunur.
Xatırladaq ki, "Minval.az" bundan öncə AZAL təyyarəsinin vurulmasında birbaşa iştirak etmiş Rusiyanın hərbi komandanlığına aid general və zabit heyətinin adlarını, fotolarını və xidmət dosyalarını açıqlayıb.
O ifşada aşağıdakı şəxslərin adı çəkilib:
• General-mayor Aleksandr Tolopilo – raket buraxılması əmrini verən şəxs;
• Kapitan Dmitri Pudovkin, Polkovnik-leytenant Vladimir Yanovski, Polkovnik Gennadi Yeremenko – əməliyyatda bilavasitə iştirak edən şəxslər.
"Minval.az"ın yayımladığı sənədlər, vizual materiallar və dəlillər AZAL təyyarəsinin məhz Rusiya Müdafiə Nazirliyinin komandanlığı və nəzarəti altında vurulduğunu sübut edir. Sayt bu məsələ ilə bağlı rəsmi Moskvanın hələ də cavab verməməsini susqunluqla razılaşma kimi qiymətləndirir.
Kapitan Paladiçukun yazdığı şəxsi mesajlar ilk dəfə ictimaiyyətə açıqlanacaq. Redaksiya bu məlumatların hücum əmrinin daxili dinamikasını və Rusiya ordusunda hadisəyə reaksiyaları tam aydınlaşdıracağını bildirir.
Musavat.com
26 Iyul 2025
25 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ