İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan PUA-larla mübarizəyə hazırmı?

Qonşu ölkədən sərhədimizə hələ ki narkotik yüklü dron uçur, amma unutmayaq ki, Ermənistanla sülh müqaviləmiz yox, ətrafımızda isə bədxahlarımız çox...

Ruslar illərlə “kosmosda hökmran bizik” kimi rəvayətlər uydurublar. İndi isə dronların əlində girinc qalıblar. Dronlar raket deyil ki, hava sərədini keçəndə dərhal vurmaq olsun, yalnız onlar göründüyü halda hədəf ola bilirlər. O səbəbdən, təkcə Rusiyanın deyil, dünyanın inkişaf etmiş ölkələrinin belə dronlarla mübarizə üçün hələ effektiv mübarizə texnologiyası yoxdur.

Ağıllı gözlüklü “Bayraqtar”ların ilk ciddi sınağı Qarabağ savaşından keçdi. İkinci Qarabağ savaşı silah düccarlarının tank satışı bazarına zərbə vurdu, təsdiqləndi ki, müasir müharibə PUA-lar olmadan mümkün deyil. Davam edən Rusiya-Ukrayna müharibəsi isə PUA-ların müasir ordunun əsas sütunlarından birinə çevrildiyini təsdiqlədi.

WhatsApp Image 2025-06-06 at 12.11.46.jpeg (31 KB)

Dronlardan ötən əsrin 60-70-ci illərdə geniş istifadə olunmağa başlayıb. Məsələn, Vyetnam müharibəsi zamanı Birləşmiş Ştatlar müəyyən bir marşrut üzrə uçan və havadan çəkiliş aparan PUA-dan istifadə edib. Dronların döyüşdə ilk genişmiqyaslı və uğurlu istifadəsi isə Livan müharibəsi zamanı olub. 1982-ci ildə İsrail ordusu Suriyanın hava hücumundan müdafiə qüvvələrini və canlı qüvvəsini məğlub etmək üçün çoxlu sayda kəşfiyyat dronlarından istifadə edib.

İyunun 1-də Rusiyanın strateji aerodromlarına hücum olanda bir xəbərdə oxudum ki, bu ölkədə dronlardan ilk istifadəsinin tarixi bir əcnəbi (deyəsən, İtaliya) şirkətinə aiddir. 2014-cü ilin yayında dinc məqsədlər üçün hazırlanmış uçan aparat reklam məqsədi ilə müştəriyə pizza çatdırılması xidməti sınaqdan keçirib. Amma cəmi altı qutu çatdırıldıqdan sonra məmurlar dronların uçmasını qadağan ediblər. Xəbərin altından bir oxucu yazmışdı ki, Rusiya hökuməti uzaqgörən olsaydı, hələ o zamandan hərbi dronlar hazırlamağa başlayardı.

WhatsApp Image 2025-06-06 at 12.11.46 (1).jpeg (150 KB)

Rusiya dünyanın ən uzun sərhədlərindən birinə malikdir - 60 min kilometrdən çox. Bunlardan 38 min kilometrdən çoxu (təxminən 72 faiz) ölkənin şimal və şərqində uzanan dəniz sərhədləridir. Cənub və qərb sərhədləri qurudur, uzunluğu 22 min kilometrdən çoxdur, üstəlik 18 ölkə ilə də həmsərhəddir. Rusiyanın ən uzun sərhədləri Qazaxıstanla - 7,5 min kilometrdən çox , ən qısası isə Şimalı Koreya ilədir: cəmi 17 kilometr. Bu böyüklükdə ərazinin hava məkanını yəqin ki, uzaqmənzilli raketdən qorumaq üçün hazırlıqlar var, amma bu dron artıq nanomüharibədir, yeni reallıqdır... Buna heç sərhədi 19 min 928 kilometr olan ABŞ-da hazır deyil. Trampın fantastik trilyonluq “Qızıl Günbəz” layihəsi həm də ölkəyə PUA hücumlarının qarşısını almağı hədəfləyir. Yeni təhlükələrə Avropa Birliyinin narahat reaksiyası hərbi xərclərlə də ifadə olunur.

595966_O.jpg (407 KB)

2024-cü ildə Avropada müdafiə xərcləri 17 faiz artaraq 693 milyard dollara çatıb ki, bu da “soyuq müharibə”nin bitməsindən bəri rekord göstəricidir. Avropa Birliyi növbəti dörd il ərzində yeni müdafiə və hücum silahlarının hazırkanması üçün isə 800 milyard avroya qədər büdcə ayırıb. Avropa ölkələri müdafiə potensialında əsas prioritet olaraq PUA istehsalını da nəzərdə tutur. Amma hətta ən müasir silahlar belə onlara xidmət və istifadə edə bilən kifayət qədər ixtisaslı mütəxəssislər olmadan effektli olmayacaq. Və məhz bu kadr çatışmazlığı real münaqişə zamanı istənilən ölkə üçün ciddi problem ola bilər. PUA yaratmaqla iş düzəlmir, onu hədəfə doğru yönləndirmək də artıq xüsusi kadrlar tələb edir.

ABŞ süni intellektdən istifadə edərək yüksək texnologiyalı PUA-lar hazırlamağa davam edir, İsrail də məlum, PUA-ları ilə məşhurdur, bizə də çox satıblar, satırlar da. Türkiyə də dünya bazarını effektiv hücum və kəşfiyyat aparatları ilə fəal şəkildə təmin edir. Qərb Ukrayna mühariubəsində ayılıb ki, sən demək texnologiya sanksiyaları altında olan İran ucuz və ölümcül PUA istehsalında rəqiblərini xeyli geridə qoyub. Ukraynanı isə hazırda PUA-larla Böyük Britaniya və Almaniya təmin edir, özlərinin yerli istehsalı haqda dəqiq bilgi yoxdur.

dron.jpg (627 KB)

Bəzi hesablamlamalara görə, PUA-lar hərbi əməliyyatlar və ya genişmiqyaslı müharibə zamanı düşmən hədəflərinin demək olar ki, 80%-nin məhv edilməsini təmin edə bilər! Heç bir ordu birləşməsi PUA-lar kimi təkbaşına bu cür effiktli ola bilməz.

İndi gələk əsas mətləbə. Azərbaycanın sərhədlərinin ümumi uzunluğu 3370,4 kilometrdir. Bunun 2657,4 kilometri quru, 713 kilometri isə dənizdir. Azərbaycana qonşu ölkədən hələ ki narkotik yüklü PUA uçur. Bunun qarşısının almaq sərhədçilərimiz üçün çətin görünmür. Amma biz də bomba yüklü PUA- larla mübarizəyə necəsə, amma mütləq hazır olmalıyıq. Çünki Ermənistanla sülh müqaviləmiz yox, ətrafımızda isə bədxahlarımız çox...

Nazim SABİROĞLU,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2025

06 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR