Onlayn ictimai-siyasi qəzet
Rusiya və Azərbaycan fövqəladə hallar nazirləri Aleksandr Kurenkov və Kəmaləddin Heydərov fövqəladə hallar qurumları xətti ilə ikitərəfli tərəfdaşlığı müzakirə ediblər.
Bu barədə TASS-a Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən bildirilib.
Görüş zamanı Azərbaycanın Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) inkişafına töhfəsi qeyd edilib. Təşkilatın İcraiyyə Şurasının 58-ci sessiyası Bakıda keçirildiyi vurğulanıb.
"Bu istiqamətdə birgə iş fövqəladə xidmətlərin xətti ilə beynəlxalq qarşılıqlı fəaliyyətdə xilasetmə və qarşılıqlı yardım kimi işlərin prioritet olduğunu sübut edir", - Rusiya FHN-in mətbuat xidmətindən əlavə ediblər.**report.az
08 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ