İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda qaz hasilatı dəyişməz qalıb, amma ixrac...

2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanda 16,7 milyard kubmetr təbii qaz hasil edilib.

Musavat.com Energetika Nazirliyinə istinadən xəbər verir ki, qazın 4,5 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”nin, 9 milyard kubmetri “Şahdəniz”in, 0,5 milyard kubmetri “Abşeron” yatağının, 2,7 milyard kubmetrə yaxını isə SOCAR-ın payına düşüb.

Hesabat dövründə xaricə qaz satışı 8 milyard kubmetr təşkil edib. Bundan 4 milyard kubmetr Avropaya, 3,1 milyard kubmetr Türkiyəyə (o cümlədən TANAP-la 1,9 milyard kubmetr), 0,9 milyard kubmetr Gürcüstana satılıb.

2024-cü ilin eyni dövründə ölkədə16,7 milyard kubmetr təbii qaz hasil edildiyini nəzərə alsaq, hasilat həcminin dəyişmədiyini görərik.

Ötən il qazın 4,4 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”, 9,2 milyard kubmetri “Şahdəniz”, 0,5 milyard kubmetri “Abşeron”, 2,6 milyard kubmetri SOCAR üzrə hasil olunmüşdü. Bu isə o deməkdir ki, “AÇG”-dən hasilat 100 min kubmetr, SOCAR üzrə 100 min kubmetrə yaxın artıb, “Şahdəniz”də isə 200 min kubmetr azalıb.

Ötən ilin statistikası ilə müqayisə etdikdə, bu ilin yanvar-aprelində Azərbaycanın qaz ixracının 500 min kubmetr azaldığını görmək olar: ötən ilin eyni dövründə ixrac 8,5 milyard kubmetr təşkil etmişdi. O cümlədən Avropaya 4,2 milyard kubmetr, Türkiyəyə 3,2 milyard kubmetr, Gürcüstana isə 1,1 milyard kubmetr qaz satılmışdı. Bu isə o deməkdir ki, Avropaya ixrac 200 min kubmetr, Türkiyəyə ixrac 100 min kubmetr, Gürcüstana ixrac isə 200 min kubmetr azalıb.

Qeyd edək ki, qaz ixracında azalmanın əsas səbəbi yanvar ayında “Şahdəniz”dən sahilə gedən sualtı boru xəttində yaranan problemlə bağlı hasilatın məhdudlaşdırılmasıdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 May 2025

BÜTÜN XƏBƏRLƏR