Onlayn ictimai-siyasi qəzet
Azərbaycanda dövlət qurumlarında vəzifə tutan şəxslər üçün vahid maaş sistemi tətbiq olunacaq.
Bakupost.az-ın əldə etdiyi məlumata görə, yeni sistemin tətbiqi müxtəlif dövlət orqanları, nazirlik, komitə və s.-də çalışan vəzifəli şəxslərin maaşları arasında qeyri-bərabərliyin aradan qaldırılması, effektiv idarətmə və bacarıqlı kadrların irəli çəkilməsinin təşviq edilməsidir.
Qeyd olunur ki, ayrı-ayrı nazirliklərdə nazir müavini, aparat rəhbəri, şöbə müdiri və s. vəzifələr tutan şəxslərin maaşları arasında kəskin fərqlər mövcuddur. Vahid maaş sisteminin tətbiqindən sonra bu fərqlər aradan qalxacaq. Hazırda maaşların çox yüksək olduğu bir neçə nazirlikdə şişirdilmiş məbləğlər aşağı salınacaq, maaşların az olduğu qurumlarda isə əksinə, artımlar olacaq. Son nəticədə əksər nazirliklərdə mövcud maaşların 30-40 faiz artacağı gözlənilir.
Yaxın vaxtlarda məsələ ilə bağlı müvafiq sənədin imzalanacağı bildirilir.
02 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ