Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın turizm potensialı 5-8 iyun tarixlərində Koreya Respublikasının paytaxtında keçirilən Seul Beynəlxalq Səyahət Sərgisində (Seoul International Travel Fair - SITF) nümayiş etdirilir.
Koreya Respublikasının aparıcı turizm sərgilərindən biri olan “SITF” qlobal turizm peşəkarları üçün şəbəkələşmə, innovativ tendensiyaların öyrənilməsi və turizm sənayesində tanıtım imkanları yaradan dinamik platforma rolunu oynayır.
Sərgidə ölkəmiz Azərbaycan Turizm Bürosu ilə yanaşı, “Azərbaycan Hava Yolları” QSC və 5 yerli tərəfdaş tərəfindən təmsil olunur. Ziyarətçilərə Azərbaycanın mədəniyyəti, milli mətbəxi və təbiət turizmi ilə əlaqdar məlumatlar təqdim olunur.
Sərgi zamanı Qarabağ və Şərqi Zəngəzur regionunun turizm imkanları nümayiş etdirilir, eləcə də "Konstitusiya və Suverenlik İli" çərçivəsində məlumatlandırma kampaniyası həyata keçirilir.
Qeyd edək ki, Azərbaycan Respublikasının Koreya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Ramin Həsənov milli stendimizi ziyarət edib.
Musavat.com
08 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ