İnsanlara hürriyət, millətlərə istiqlal!

“Babam nənəmlə 60 yaşında evlənib” - VİDEO

Müğənni Nərmin Kərimbəyova açıqlaması ilə diqqət çəkib.

Sənətçi “Sən olsaydın” verilişində nənəsi ilə babasının tanışlıq hekayəsindən danışıb:

“Babam nənəmlə 60 yaşında ailə qurub, 3-cü evliliyi olub. Nənəmin 40 yaşı var imiş, babamın 60. Nənəm daha əvvəı evli olub, 3 övladı dünyaya gəlib, həyat yoldaşı müharibəyə gedib. Lakin yeni xanımı ilə qayıdıb, deyib ki, ikinizi də saxlayacam. Nənəm deyir ki, sağ ol, mənə elə lazım deyil.  Bakıya gəlir, oxuyub həkim olur, çox əziyyət çəkir. Gədəbəydən idi. Hər şeyə nail olur, işləyib 3 övladını böyüdür. Nəhayət, 40 yaşında babamla tanış olur, babam bəy nəslindəndir, Azərbaycanda Dəmiryol Vağzalının ilk rəisi olub. Babamın birinci xanımı rəhmətə gedib, 4 uşaqla qalıb. İkinci dəfə evləndiriblər, ondan da 2 uşağı dünyaya gəlib. Qadının psixoloji problemləri olur, xəstəxanaya yerləşdirilir, ömrünün sonuna qədər orda yaşayır. Altı övladla 10-15 il tək yaşayır. Nənəmlə tanış olur, nəticədə atam dünyaya gəlir. Nə yaxşı ki, atam dünyaya gəlib. Nənəm deyir, fikirləşdim ki, Balabəyin övladı olmalıdır. Ömrünün sonuna qədər deyirdi ki, nə yaxşı atanı dünyaya gətirdim”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR