Onlayn ictimai-siyasi qəzet
Müğənni Şəbnəm Tovuzlu yeni avtomobil və villa alması ilə bağlı açıqlama verib.
Musavat.com xəbər verir ki, bu barədə aparıcı Zaur Kamal "Həmin Zaur" verilişində danışıb. O, ifaçının 2023-cü il "Mercedes Gelandewagen" markalı maşın aldığını qeyd edib.
Proqramda qonaq olan Şəbnəm Tovuzlu bu məlumatı təsdiqləyib və avtomobili 250 min dollara (təxminən 425 min manat) aldığını bildirib.
İfaçı həmçinin 800 min manata hovuzlu villa da aldığını etiraf edib.
Könül
Musavat.com
30 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ