İnsanlara hürriyət, millətlərə istiqlal!

Badalyan: “Əbu-Dabidəki danışıqların siyasi hədəfləri başqadır”

“Əbu-Dabidəki görüş, yəni keçiriləcəyi məkan özü-özlüyündə maraqlıdır. İndiyədək onların danışıqları ya Avropa, ya da Rusiya meydançalarında baş tuturdu; başqa nümunələr yadıma düşmür”.

Musavat.com xəbər verir ki, bu sözlər erməni politoloq Akop Badalyanın yazısında yer alıb.

“Görüşün keçiriləcəyi yer təkcə coğrafi seçim deyil, həm də siyasi məna daşıyır. Bu baxımdan, yeni görüşün Yaxın Şərqdə – konkret olaraq Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) planlaşdırılması diqqətəlayiqdir. Bu, sülh prosesinin geosiyasi baxımdan yeni bir istiqamətə – şərti şəkildə desək, Qlobal Cənuba doğru yönəldiyini göstərirmi? Bu sualı nəyə görə verirəm?

Xatırladım ki, 24–27 iyun tarixlərində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Pekinə səfər etmiş, 25 iyun tarixində isə BƏƏ-nin xarici işlər naziri ilə telefon danışığı aparmışdı. Ola bilsin ki, Qlobal Cənubun liderliyi uğrunda mübarizə aparan Çin bu görüşün təşkilində mühüm rol oynayıb.

Məlumdur ki, Çin ilə Azərbaycan arasında strateji tərəfdaşlıq mövcuddur. Mən bu görüşün məhz Çin tərəfindən təşkil olunduğunu iddia etmirəm, lakin onun rolunun əhəmiyyətli olduğunu ehtimal etmək olar.

Bu kontekstdə Marko Rubionun Ermənistan ilə Azərbaycan arasında sülh sazişinin imzalanması ehtimalı və ya gözləntisi barədə bəyanatı müəyyən ziddiyyətli mənzərə yaradır. Bu da belə bir fikir doğurur ki, ABŞ qeyri-rəsmi yollarla müəyyən səylər göstərir.

Mən isə düşünürəm ki, ABŞ daha çox əsas rəqibi olan Çinin “yumşaq təşəbbüslərinə” reaksiya verir”, - deyə Badalyan qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Iyul 2025

10 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR