Onlayn ictimai-siyasi qəzet
Musavat.com xatırladır ki, Bakı şəhərində 11-13 noyabr tarixlərində keçirilən COP29 Liderlər Sammiti ilə əlaqədar olaraq bir sıra küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyətlər tətbiq edilir.
Bu məhdudiyyətlər aşağıdakı yolları əhatə edir:
• Hava limanı şosesi
• Heydər Əliyev prospekti
• Neftçilər prospekti
• Yusif Səfərov küçəsi
• Niyazi küçəsi
• İstiqlaliyyət küçəsi
• Lermontov küçəsi
• Mikayıl Hüseynov küçəsi
• Xaqani Rüstəmov küçəsi
• Teymur Elçin küçəsi
• Mehdi Hüseyn küçəsi
Bundan əlavə, 11-13 noyabr tarixlərində Bakı metropoliteninin stansiyaları sərnişinlərin istifadəsi üçün səhər saat 05:00-dan açıq olacaq.
Sürücülərdən və şəhər sakinlərindən bu məhdudiyyətləri nəzərə alaraq, alternativ marşrutlardan istifadə etmələri və ictimai nəqliyyata üstünlük vermələri xahiş olunur.
Musavat.com
15 May 2025
14 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ