Onlayn ictimai-siyasi qəzet
İmişli Rayon İcra Hakimiyyəti başçısının müavini, jurnalist Ruslan Məmmədov (Eldaroğlu) vəzifəsindən azad edilib.
Bu barədə o feysbuk hesabında bildirib.
Ruslan qeyd edib ki, səhhətindəki problemə görə vəzifəsindən ayrılıb:
"Mən iki ay əvvəl öz ərizəmlə, qarşılıqlı razılıq əsasında işdən azad olunmuşam. Səbəb səhhətimdə yaranan problemlərlə bağlıdır. Yıxıldığım üçün çanaq sümüyümdə çat yaranıb, bundan əlavə boyun nahiyəmdə yırtıq var. O səbəbdən iki gün sonra, mayın 16-da əməliyyat olunacağam. Hazırda da xəstəxanada müalicə və müayinələrim davam edir".
Xatırladaq ki, Ruslan Məmmədov ötən ilin mayında İmişli Rayon İcra Hakimiyyəti başçısının müavini-Sоsial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
14 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ