İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakının bu yerlərində insanlar susuz qalıb - SƏBƏB

Son bir neçə gündür paytaxtın müxtəlif ərazilərində içməli suyun verilməsi dayandırılıb. Sosial şəbəkələrdə sakinlər xüsusilə “Memar Əcəmi” metrostansiyası ətrafında, eləcə də 4-cü mikrorayon dairəsi və Səbail rayonunun bəzi hissələrində uzunmüddətli su kəsintisindən şikayətlənirlər.

Musavat.com məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə müraciət edib.

Qurumdan verilən məlumata görə, qeyd olunan ərazilərdə su xətlərində qəza baş verib:

“Hazırda müvafiq rayon su-kanal idarələrinin qəza briqadaları tərəfindən intensiv bərpa işləri aparılır. Gün ərzində işlər yekunlaşdırılacaq və suyun verilməsi bərpa ediləcək”.

Şahanə Rəhimli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR