İnsanlara hürriyət, millətlərə istiqlal!

Banqladeş dövlətinin banisinin qızını mühakimə edirlər

Banqladeşdə 14 ildən artıq hakimiyyətdə olan keçmiş baş nazir Şeyx Hasinaya qarşı insan haqlarının pozulması və digər cinayətlərlə ittiham irəli sürülüb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Banqldaeşin ilk prezidenti Mucibur Rəhmnın qızı olan Ş.Haşina ölkədə deyil, 2024-cü ilin avqustunda çevrilişdən sonra o, Hindistana uçub.

Hazırda ölkəni Nobel mükafatı laureatı Məhəmməd Yunusun başçılıq etdiyi müvəqqəti hökumət idarə edir.
Banqladeşdə keçirilən məhkəmə çevrilişdən əvvəl ölkənin ən ciddi müttəfiqlik əlaqələri olan Hindistana qarşı yönəlib.

175 milyon əhalisi olan Banqladeş 1971-ci ildə müstəqilliyini elan edib. O zaman milli azadlıq hərəkatının qəhrəmanı Mucibur Rəhman Pakistanda həbsxanada olub. Banqladeş dövlətinin qurucusu və ilk prezidenti olan M.Rəhman 1975-ci ildə baş verən iğtişaş zamanı hərbçilər tərəfindən öldürülüb.

Həmin vaxt təkcə Rəhman yox, onun həyat yoldaşı, azyaşlı oğlu və bütün mühafizəçiləri qətliama məruz qalıb. 1975-ci ildə 22 yaşı olan Şeyx Haşina salamat qalıb və 2009-cu ildə ölkəsinin baş naziri seçilib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR