İnsanlara hürriyət, millətlərə istiqlal!

Bekhem ailəsində “soyuq küləklər” - Viktoriya xəstəxanadan FOTO paylaşdı 

Əfsanəvi futbolçu Devid Bekhem 2003-cü ildə Cənubi Afrika yığması ilə keçirilən yoldaşlıq matçında yaşadığı bilək zədəsi səbəbilə illər sonra əməliyyat olunub.

Musavat.com xəbər verir ki, Devidin xəstəxanadan fotosunu həyat yoldaşı Viktoriya Bekhem paylaşıb.

DEVİD.jpg (70 KB)

O, öz paylaşımına “Tez sağal, ata!” sözlərini yazıb.

İngiltərə mediasının iddiasına görə, Devid Bekhem 2003-cü ildə Cənubi Afrika yığması ilə keçirilən yoldaşlıq oyununda yıxılaraq biləyini qırıb. O zaman tətbiq edilən müalicə prosesində qoluna yerləşdirilən platin illər ərzində tam sorulmayıb. Son zamanlar çəkilən rentgen görüntülərində həmin platin parçasının hələ də Bekhemin qolunda olduğu üzə çıxıb. İngiltərə millisinin sabiq futbolçusu bu problemi aradan qaldırmaq üçün əməliyyat olunub.

Bekhemin səhhətindəki problemlər ailədaxili gərginlik iddialarının gündəmdə olduğu bir dövrə təsadüf edib. Belə ki, Devidin 26 yaşlı oğlu Bruklin Bekhem və 30 yaşlı gəlinləri Nikola Peltz son həftələrdə ailə ilə aralarındakı soyuqluqla diqqət çəkiblər. Cütlüyün nə Devidin, nə də Viktoriya Bekhemin ad günlərinə qatılması, eləcə də bu günlərlə bağlı heç bir paylaşım etməmələri söz-söhbətləri daha da artırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR