Onlayn ictimai-siyasi qəzet
Məşhur müğənni Lara beynində aşkarlanan şiş səbəbilə bir müddətdir müalicə alır.
Musavat.com-un xəbərinə görə, sənətçi iştirak etdiyi bir açılış mərasimində səhhəti ilə bağlı açıqlama verib.
Müğənni bu müddətdə 12-13 kiloqram arıqladığını, dərmanlar qəbul etdiyini bildirib və “Sağlamlıq hər şeydən önəmlidir, hər kəs öz səhhətinə diqqət yetirsin” deyib.
Qeyd edək ki, Lara beynində şiş aşkarlanması xəbərini bir neçə ay əvvəl açıqlayıb.
Lara 2000-ci illərin unudulmaz pop mahnıları “Adam gibi adam” və “Katmer” ilə uğur qazanıb. Ötən il iranlı voleybolçu Mehdi Kərimi ilə ailə qurub. Bir müddət İranda yaşayan sənətçi daha sonra yenidən Türkiyəyə qayıdıb.
Musavat.com
04 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ