Onlayn ictimai-siyasi qəzet
Azərbaycan U-21 milli komandasının yeni baş məşqçisi məlum olub.
Ayxan Abbasovdan boşalan posta Rəşad Eyyubov gətirilib. Fərid Namazov isə köməkçi məşqçi kimi fəaliyyət göstərəcək.
Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, U-21 yığmamız oktyabrın 10-da səfərdə Çexiya ilə, 4 gün sonra isə Bakıda Şotlandiya ilə üz-üzə gələcək. Bu görüşlər Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək.
04 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ