Onlayn ictimai-siyasi qəzet
Amerikalı aktyor Erik Deyn amiotrofik lateral skleroz (ALS) xəstəliyi ilə mübarizəsində çətin günlər yaşayır.
Musavat.com xəbər verir ki, onun açıqlamaları hər kəsi kədərləndirib.
“Grey’s Anatomy” serialında canlandırdığı “Dr. Mark Sloan” obrazı ilə tanınan Deyn “Emmy 2025” mükafatlandırma mərasimində səhnəyə çıxmalı idi, lakin son anda iştirakını ləğv etmişdi.
Erik Deyn sentyabrın 30-da Vaşinqton hava limanında kameralara tuş gəlib. Aktyor əlil arabasında görüntülənib. Fotoqraflardan biri ona səhhəti barədə danışmasını xahiş etdikdə Deyn çətinliklə yalnız bu sözləri deyə bilib:
“İnancınızı qoruyun, qardaşım”.
Erik Deyn daha əvvəlki açıqlamalarında qolunda hərəkət imkanını itirdiyini, gələcəkdə ayaqlarında da eyni problemin yarana biləcəyini bildirmişdi.
Aktyor bir neçə gün əvvəl siyasətçilərlə görüşərək, bu xəstəliklə yaşayan insanların həyat şəraitinin yaxşılaşdırılması, maliyyə dəstəyi və ictimai maarifləndirmə ilə bağlı məsələləri müzakirə edib.
Deyn həmin görüşdə emosional açıqlamalar verib:
“Qızlarımın universiteti bitirməsini, evlənməsini, bəlkə də nəvə sahibi olduğumu görmək istəyirəm”.
Erik Deyn həmçinin bu ümidverici sözləri dilə gətirib: “Son nəfəsimə qədər mübarizə aparacağam”.
Xatırladaq ki, aktyor ilin əvvəlində xəstəliyini ictimaiyyətə açıqlamış və o gündən bəri həyatına ən güclü şəkildə davam etmək üçün mübarizə apardığını söyləmişdi.
Musavat.com
04 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ