İnsanlara hürriyət, millətlərə istiqlal!

Bəzi rayonlara yağış yağıb, külək güclənib - FAKTİKİ HAVA

Azərbaycanda iyunun 14-ü saat 9:00-a olan məlumata əsasən ölkə ərazisinin əksər rayonlarında yağıntılı və küləkli hava şəraiti müşahidə olunub.

Musavat.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Düşən yağıntının miqdarı Şəkidə 22, Ağstafa və Zaqatalada 21, Sarıbaşda (Qax) 14, Şəmkirdə 9, Bərdədə 6, Balakəndə 5, Gəncə, Goranboy, Tovuz və Gədəbəydə 4, Daşkəsən və Göygöldə 2, Mingəçevir, Yevlax, Şahdağ, Ceyrançöl, Naftalan, Şahbuz, Ordubad və Qəbələdə 1 mm-dir.

İyunun 13-də 20:50 radələrində Ağstafa rayonunun Köçəsgər kəndinə xırda dolu düşüb.

Bəzi yerlərdə qərb küləyi əsir, Şəkidə 25, Naftalanda 22, Balakən, Oğuz, Xınalıqda 20, Tərtər, Mingəçevirdə 18, Culfada 16, Zaqatalada 15 m/s-dək güclənir.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 28, Naxçıvan MR-da 37, Aran rayonlarında 36, dağlıq rayonlarda isə 25 dərəcəyədək isti qeydə alınır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Iyun 2025

14 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR