Onlayn ictimai-siyasi qəzet
İrandan təxliyə olunmalı olan 88 nəfərdən 56-sı artıq Azərbaycan ərazisindədir. Onların arasında rejissor Fyodor Bondarçuk və onun çəkiliş qrupu da var.
Musavat.com xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Bakıdakı səfirliyi məlumat verib.
"Hazırda 88 nəfərdən 56-sı Azərbaycan Respublikası ərazisindədir. Sərhəd keçidi davam edir", - səfirliyin mətbuat xidməti xəbər verir.
Diplomatik missiya əlavə edib ki, rejissor və prodüser Fyodor Bondarçuk və onun çəkiliş qrupu artıq sərhədi keçib.
Səfirlik Azərbaycan tərəfinə rus vətəndaşlarının təxliyəsi üçün nəqliyyat təminatına və sonrakı mehmanxanada yerləşdirilməsinə göstərdiyi köməyə görə təşəkkürünü bildirib.
Musavat.com
15 Iyun 2025
14 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ