İnsanlara hürriyət, millətlərə istiqlal!

Böyük Britaniya Yaxın Şərqə əlavə qırıcılar göndərdi - QLOBAL MÜHARİBƏYƏ HAZIRLIQ

Böyük Britaniya Müdafiə Nazirliyi Yaxın Şərqdə yerləşən hərbi bazalarına əlavə qırıcı təyyarələrin göndərildiyini açıqlayıb.

Musavat.com xəbər verir ki, bu barədə rəsmi məlumatı ölkənin müdafiə naziri yayımlayıb.

Nazirin sözlərinə görə, “ilk qrup hərbi təyyarə artıq təyinat yerinə çatıb”. Təyyarələrin hansı ölkənin ərazisində yerləşdirildiyi barədə dəqiq məlumat verilməsə də, bu addım bölgədə artan hərbi və siyasi gərginlik fonunda həyata keçirilir.

Böyük Britaniya son günlər İran və İsrail arasında gərginləşən münasibətlər fonunda Yaxın Şərqdəki mövcudluğunu gücləndirir. Müdafiə Nazirliyi əlavə təyyarələrin bölgədəki təhlükəsizlik risklərinə qarşı preventiv tədbir olaraq göndərildiyini qeyd edib.

Hazırda Böyük Britaniyanın Kipr, İordaniya və Bəhreyn kimi ölkələrdə yerləşən hərbi bazalarında fəaliyyət göstərən kontingentlər mövcuddur. Ekspertlər bu addımı bölgədəki mümkün hərbi toqquşmalara qarşı Qərbin əvvəlcədən mövqe tutması kimi qiymətləndirirlər.

Rəsmi London əməliyyatın təfərrüatları barədə əlavə açıqlama verməyib. Gözlənilir ki, yaxın günlərdə daha çox təyyarə və hərbi texnika bölgəyə yerləşdirilsin.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Iyun 2025

17 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR