İnsanlara hürriyət, millətlərə istiqlal!

Brüssel ABŞ-dan Macarıstan və Slovakiyaya sanksiyalar istəməyəcək – Kallas

Avropa İttifaqı ABŞ-ı Rusiyadan qaz və neft aldıqları üçün Macarıstan və Slovakiyaya sanksiyalar tətbiq etməyə çağırmaq niyyətində deyil. Musavat.com xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər naziri Kaja Kallas Sky News telekanalına müsahibəsində deyib:  "Xeyr, sanksiyalardan söhbət gedə bilməz. Lakin prezident Trampın tələb etdiyi kimi, onlar Rusiya neft və qazından xilas olmaq üçün alternativ təchizatçılar tapa bilərlər. Rusiya neftindən və qazından qurtulmaq üçün çox işlər görmüşük. Hələ də neft alan bir neçə ölkə var. Amma Amerika onların üzərində təsir rıçaqlarına malikdir, çünki onlar Amerikanın yaxşı dostudurlar. Bu ölkələrin qonşuları da alternativlər təklif ediblər. Amma nəticə ondan ibarətdir ki, Rusiya neft və qazı, sadəcə, daha ucuzdur".

Kallas əlavə edib ki, bəzi Aİ-yə üzv dövlətlərin Rusiyanın enerji resurslarını almağa davam etdiyi hazırkı vəziyyət onun üçün “təəssüf doğurur”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR