Onlayn ictimai-siyasi qəzet
Filadelfiyalı məşhur reper LGP Qua 30 yaşında qətlə yetirilib.
Əsl adı Qidere Conson olan reperə bazar günü saat 16:40 radələrində Juniata Park bölgəsində atəş açılıb. Yaralı dərhal "Johnson's Temple" Universiteti Xəstəxanasına aparılsa da, saat 16:56-da həyatını itirib.
Polisin verdiyi məlumata görə reper iki maskalı şəxsin hücumuna məruz qalıb və sinəsindən vurulub. Hadisə yerindən qaçan şübhəlilər onun qızıllarını oğurlamaq istəyiblər.
Hadisənin motivləri bilinmir, Filadelfiya polisi qətl hadisəsi ilə bağlı məlumat verənlərə 20,000 dollar mükafat təklif edir./milli.az
13 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ