İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ölkədə translar tərəfindən törədilən cinsi zorakılıq halları 8 dəfə artıb – “gender qanunları” tənqid hədəfində  

İspaniyada son illərin cinsi zorakılıq statistikası cəmiyyətdə böyük rezonans doğurub. Yenilənmiş Cinayət Statistik Portalının açıqladığı rəqəmlərə görə, qadınlar tərəfindən törədilən penetrasiyalı (soxulma ilə) cinsi hücumların sayı 2019-cu ildən 2024-cü ilə qədər 25-dən 198-ə yüksəlib. Bu isə 792 faiz artım deməkdir.

Musavat.com xəbər verir ki, 2019–2021-ci illərdə bu tip hadisələr ikiqat artaraq 25-dən 50-yə çatıb, 2022-ci ildə isə 124 fakt qeydə alınıb. 2023–2024-cü illərdə artım sürəti nisbətən azalsa da, ən çox hadisə Kataloniya bölgəsində baş verib — 198 faktın 176-sı, yəni ümumi sayın 88,8 faizi məhz bu regionda qeydə alınıb.

“Trans-qanunlar” və mübahisəli nəticələr

Feminist qruplar və hüquq mütəxəssisləri bu statistik sıçrayışı İspaniyanın sabiq bərabərlik naziri İren Monteronun təşəbbüsü ilə qəbul edilən “trans-qanunlarla” əlaqələndirirlər. Həmin qanunlar 2023-cü il martın 2-də qüvvəyə minib və gender özünüidentifikasiyası prinsipi əsasında şəxsin cinsini dəyişməsinə imkan yaradıb.

Tənqidçilərin fikrincə, bu hüquqi mexanizm kişilərə qadın statusu altında cinayət məsuliyyətindən yayınmaq imkanı verib və nəticədə statistika “qadın zorakılığı” kimi təhrif olunmuş şəkildə əks olunmağa başlayıb.

Ekspertlər bildirirlər ki, İspaniyada cinsi zorakılıq cinayətlərinin böyük əksəriyyəti hələ də kişilər tərəfindən törədilir. Lakin gender qanunvericiliyində edilən dəyişikliklər hüquqi, sosial və etik müzakirələrin əsas mövzusuna çevrilib.

Məsələyə münasibət bildirən hüquqşünaslar hesab edirlər ki, “özünü qadın kimi tanıyan” şəxslərin hüquqi statusu ilə bağlı boşluqlar gender siyasətinin manipulyasiyaya açıq tərəflərini üzə çıxarıb.

İspaniyada baş verən bu dəyişikliklər Qərbdəki “gender azadlığı” siyasətinin təhlükəli nəticələri barədə yeni müzakirələrə yol açıb. Qanunların insan haqlarını qorumaq əvəzinə cinayət məsuliyyətindən yayınmaq üçün istifadə olunması faktı isə artıq Avropa miqyasında ciddi debat mövzusuna çevrilib.

Mənbə: İspaniyanın Cinayət Statistik Portalı

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR