İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə xaricdə ən çox bahalaşan istirahət məkanı oldu – qiymətlər 4 ildə 218 faiz artıb

Türkiyə son dörd ildə qiymət artımına görə rusiyalı turistlər üçün xaricdə istirahətin ən bahalı istiqamətinə çevrilib.

Musavat.com xəbər verir ki, Rusiya mətbuatının məlumatına görə, 2021-ci ilin avqustundan 2025-ci ilə qədər Türkiyəyə səyahət xərcləri 218 faiz artıb.

2025-ci ilin avqust ayına olan göstəriciyə əsasən, Rusiyadan Türkiyəyə tur səfərinin orta qiyməti 88 min rubl təşkil edib. Bu məbləğin təxminən 28 faizi nəqliyyat xərclərinə düşür.

Qiymət artımına təsir edən beş əsas amil

Ekspertlərin fikrincə, bu bahalaşmaya bir neçə faktor birbaşa təsir göstərib:

1. Aviabiletlərin və digər nəqliyyat vasitələrinin qiymətinin kəskin artması;
2. Türkiyənin özündə xidmət və yaşayış xərclərinin yüksəlməsi;
3. Dollar və rubl məzənnəsindəki dəyişikliklər;
4. Ucuza səfər edilə bilən istiqamətlərin azalması;
5. Turizm agentliklərinin əlavə komissiya haqlarının çoxalması.

Buna baxmayaraq Türkiyə hələ də liderdir

Artan qiymətlərə baxmayaraq, Türkiyə 2024-cü ilin yekunlarına əsasən rusiyalı turistlərin ən çox seçdiyi xarici istirahət məkanı olaraq qalır.

Siyahıda ikinci yeri Abxaziya, üçüncü yeri isə Birləşmiş Ərəb Əmirlikləri tutur. Avropa ölkələrinin və ABŞ-ın payı isə sanksiyalar və yüksək qiymətlər səbəbindən əhəmiyyətli dərəcədə azalıb.

Turizm analitikləri bildirirlər ki, Türkiyə qiymət artımına baxmayaraq, “orta sinif üçün əlçatan lüks” modelini qorumaqda davam edir.

Bununla yanaşı, ölkənin xidmət keyfiyyətinin yüksəlməsi, vizasız rejim və coğrafi yaxınlıq kimi amillər rus turistləri hələ də bu istiqamətə cəlb edir.

Bu artışlar azərbaycanlı turistlər üçün də keçərlidir. Türkiyədə xüsusən yay turizmi qiymətlərinin sıçrayışlı yüksəlişindən şikayətlər çoxalmaqdadır.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR