Onlayn ictimai-siyasi qəzet
Mustafa Kamal Atatürkün 1927-ci ildə İstanbulda fotostudiyada çəkilmiş görüntüləri ilk dəfə olaraq yayımlanıb.
Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, bu nadir kadrlar uzun illərdir ictimaiyyətə məlum deyildi.
22 yaşlı universitet tələbəsi Ali Taner Tümer bu fotolara aid kadrları 1950-ci illərə aid bir sənədli filmdə təsadüfən aşkar edib. Onun bildirdiyinə görə, görüntülər Atatürkün 1927-ci il iyulun 1-də İstanbul səfəri zamanı çəkilən fotosessiya əsasında hazırlanıb və həmin vaxt qısa videoya da alınmış ola bilər.
Tümer ehtimal edir ki, bu materialların daha uzun versiyası mövcuddur və indiyədək ya düzgün tarixlə təqdim olunmayıb, ya da diqqətdən kənarda qalıb.
Musavat.com
19 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ