İnsanlara hürriyət, millətlərə istiqlal!

Cavidan Novruzdan Qələbə Gününə duyğusal paylaşım – “Sən bizim üçün General Həzi Aslanovsan!”

9 May – Qələbə Günü münasibətilə aktyor Cavidan Novruzun sosial şəbəkədəki paylaşımı maraqla qarşılanıb.

Musavat.com xəbər verir ki, aktyor mərhum atası, Xalq artisti Ramiz Novruzun "Mən sizi dünyalar qədər sevirdim" filmində canlandırdığı əfsanəvi sərkərdə Həzi Aslanov obrazından fotolar paylaşaraq, ona duyğulu mesaj ünvanlayıb.

Cavidan Novruz yazıb:

“Bu gün 9 may – Qələbə Günü indiki kimi xatirimdədir. Tanışlar, yaxınlar hər dəfə bu gün zəng edib səni təbrik edərdilər, biz də belə şeylərlə qürurlanardıq. Özünə də xoş gələrdi, yarı zarafat deyərdin: ‘Generalam da daha...’ Heyif o günlərdən, çox heyif. Sən bizim üçün varsan, yaşayırsan – General Həzi Aslanov! Qələbə Günün mübarək!”

Cavidan Novruzun bu paylaşımı izləyicilər tərəfindən nostalji və duyğusal bir xatirə kimi qiymətləndirilib. Ramiz Novruzun canlandırdığı Həzi Aslanov obrazı Azərbaycan tamaşaçısının yaddaşında dərin iz qoymuş rollardan biridir.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 May 2025

BÜTÜN XƏBƏRLƏR