Onlayn ictimai-siyasi qəzet
İran son 5 hücum dalğasında İsrailə 11 raket atıb.
Musavat.com xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, İran raketlərinin Beer-Şevanı vurması nəticəsində 8 nəfər ölüb, azı 30 nəfər yaralanıb.
***
08:19
Xəbər verdiyimiz kimi, İran İsrailə raket hücumu həyata keçirib.
Raketlərdən biri İsrailin cənubunda yerləşən Beer-Şeva şəhərində yeddimərtəbəli binaya düşüb.
Musavat.com "Al-Jazeraa"ya istinadən xəbər verir ki, Beer-Şeva şəhərində ölənlərin sayı 6-ya çatıb.
Hazırda hadisə yerində axtarış tədbirləri davam etdirilir, 10-a yaxın insan yaralanıb, itkin düşənlər var.
İqbal RZAYEV,
Musavat.com
24 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ